İlk oyunlarda zəif təsir bağışlayan “Hyuston Rokets” komandası tədricən özünə gəlməyə başlayıb. Son oyunlarda komanda bir neçə qələbə qazanaraq turnir cədvəlinin alt sıralarından qurtulmağı bacarıb.

Komandanın bu cür çıxışında Alperen Şengünün də xidmətləri böyükdür. Bu gecə keçirilən son oyunda da türk basketbolçu kifayət qədər məhsuldar olub.

34 dəqiqə meydançada olan basketbolçu bu göstəriciyə görə komandasında ikinci olub. Qazanılan xallara görə də Şengün yalnız Qrindən gei qalıb. 24 xal toplayan türk basketbolçu 8 ribaund edib.

Xatırladaq ki, çempionata 3 məğlubiyyətlə başlayan “Rokets” ardıcıl 5 qələbə ilə konfransda 5-ci pilləyə yüksəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp