Misli Premyer Liqasında 13-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun gününün ilk oyununda “Neftçi” “Sumqayıt”ı qəbul edib. Üç qolluq bu oyun qonaqların əzmkar qələbəsiylə yekunlaşıb.

Günün digər oyunu “Turan Tovuz”la “Sabah” arasında baş tutacaq.

Xatırladaq ki, ilk oyun günündə “Araz-Naxçıvan” “Kəpəz”ə məğlub olub – 0:1. “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
13-cü tur

11 noyabr

“Neftçi” – “Sumqayıt” 1:2
Qollar: Ataa Caber, 35 – Masaki Murata, 56. Roi Kehat, 69.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Bakı. “Neftçi Arena”, 16:30.

Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Eldar Babayev, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 16. Lukas Melano, 25. Aaron Olanare, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.
Baş məşqçi: Adrian Mutu.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 18. Kristian Velinovski.
Baş məşqçi: Samir Abasov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp