İtaliya Avtomobil Klubunun prezidenti Anjelo Stikki Damiani Emiliya-Romanya və İtaliya qran-prilərinin sözləşmələrinin uzadılması ilə bağlı razılıq əldə edildiyini bildirib.

“Montsa və İmoladakı yarışların müddətinin artırılması ilə bağlı razılaşma artıq alınıb. Hazırda müqavilələrdə kiçik detalları həll etmək lazımdır. Hər iki mərhələnin sözləşməsi 2030-cu ilə qədər uzadılacaq.

Təqvimdə iki mərhələnin olması ölkəmiz üçün böyük nailiyyətdir. Gələn ilin sonuna qədər müqavilələri imzalamaq istəyirik.

Montsadakı mərhələnin sözləşməsi 2025-ci ildə bitir. Həmin vaxt FİA-da prezident seçkiləri olacağına görə müqaviləni imzalamaq düzgün çıxmaz.

Beynəlxalq səviyyədə qran-priləri sıralamaq prinsipi mövcuddur. Fransa və Almaniya kimi ölkələrdə isə ümumiyyətlə, yarış yoxdur. Bu səbəbdən də imzaları mümkün qədər tez atmaq lazımdır. 2026-cı ildən sonra xərclər artacaq. Hazırda Avropada Montsadan az ödəyən yarış yoxdur”, – deyə Damiani “Motorsport” nəşrinı açıqlamasında qeyd edib.

f 1.az 2016 07 18 09 10 23 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp