Qazaxıstandan olan bloger Oljas Rahimjanov Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun oğlu Adam Kadırovu rinqə dəvət edib. Xatırladaq ki, Adam Kadırov əlbəyaxa döyüş növləri ilə məşğul olur. Bir neçə gün əvvəl Ramzan Kadırov oğlanları Adam, Əli və Axmatın məğlubedilməz döyüşçü Həmzət Çimayevlə sparrinqlərindən videonu paylaşmışdı.

“Yəqin ki, videonu görmüsüz. Adam Kadırov Həmzət Çimayevi boğur. İstəyirəm ki, onunla mənim döyüşümü təşkil etsinlər. Sırf idman maraqları üçün. Həmzət Çimayevi məğlub edib. Qoy gücünü auldan olan sadə oğlanla sınasın. Əgər bu sözlərimi eşidirsənsə, gəl döyüşək. Bu sənin üçün Həmzət Çimayevlə sparrinq deyil”, – deyə Rahimjanov sosial şəbəkə hesabında paylaşıb.

Bundan başqa, Oljas Kadırovun oğluna boks dərsi keçəcəyinə də söz verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp