“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la səfərdəki görüşünü Şimali İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Noyabrın 29-da baş tutacaq matçın baş hakimi Ceymi Robinson olacaq. Ona həmyerliləri Adam Ceffri və Endryu Neteri kömək edəcəklər.

Xatırladaq ki, Pireydəki Georgios Karaiskakis stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

UEFA Gənclər Liqası
Çempionlar yolu, II mərhələ
Cavab oyunu, 29 noyabr

19:00. “Olimpiakos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Ceymi Robinson
Baş hakimin köməkçiləri Adam Ceffri, Endryu Neteri (hamısı Şimali İrlandiya)
Pirey. Georgios Karaiskakis stadionu
İlk oyun – 3:0

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp