“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Bu gü çox yaxşı oyun gördük. Hər iki komanda hücum edirdi. Gərgin matç izlədik. Hər iki tərəf qələbə qazana bilərdi. Komandam xarakter göstərdi. Çox vacib qələbə qazandıq.

Davit Volkov həmişə qolçu keyfiyyətlərini göstərir. O yaxşı məşq edir. Heç vaxt həvəsdən düşmür. Milli komandaya yaxşı əhvalda gedəcək.

Nicat Mehbalıyevin ilk oyunda qələbə qazanması çox önəmlidir. Onu təbrik edirəm. 

Razıyam, stabil deyilik, bəzi matçlarda yaxşı çıxış etməmişik. Bunun üzərində işləyəcəyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp