“Qəbələ” Premyer Liqanın 13-cü turunun sabah keçiriləcək oyununda “Zirə”nin qonağı olacaq.

Futbolinfo.az xəbər verir ki, görüş Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Səfər matçının hazırlığında “qırmızı-qaralar”ın 4 futbolçusu iştirak etməyib. Fares Abu Akel, Asif Məmmədov və Emil Səfərov bərpa prosesini davam etdirirlər. Omar Hani isə məşqdə əzələsi dartıldığı üçün hazırlığa qatılmır.

Xatırladaq ki, sabah Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qəbələ” görüşü saat 16:30-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp