Bu gün Misli Premyer Liqasında 13-cü tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə daha iki görüş baş tutacaq.

“Zirə” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq. Turun son matçı isə “Qarabağ”la “Səbail” arasında baş tutacaq.

Daha öncə “Araz-Naxçıvan” evdə “Kəpəz”ə (0:1), “Neftçi” “Sumqayıt”a (1:2) və “Turan Tovuz” “Sabah”a məğlub olub.

Misli Premyer Liqası
13-cü tur

12 noyabr

“Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev.
Zirə İdman Kompleksinin stadionu, 16:30.

“Qarabağ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp