Latviya çempionatında mövsümün sonuncu – 36-cı turunun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də bu mövsüm sonuncu matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Auda” ilə qarşılaşıb və 0:1 hesablı məğlubiyyətə üzülüb.

Ramin də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 60-cı dəqiqədə əvəzlənib.

“Dauqavpils” hazırda 36 oyuna topladığı 36 xalla mövsümü 7-ci pillədə başa vurub.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp