ABŞ-də MMA üzrə UFC-295 turniri keçirilib. Gecənin əsas döyüşündə çexiyalı İrji Proxazka ikinci raundda texniki nokautla braziliyalı Aleks Pereyraya məğlub olub. Ağır çəkidə ingilis Tom Aspinal rusiyalı Sergey Pavloviçə qalib gəlib.

Turnirdə azərbaycanlı idmançı Nazim Sadıxov da iştirak edib. Onun Vyaçeslav Borşevlə döyüşü heç-heçə yekunlaşıb.

Dennis Buzukca (ABŞ, 11-3-0) — Camal Emmers (ABŞ, 19-7-0): Yarı yüngül çəki; Emmers nokautla qalib gəlib.

Tam ilkin mərhələ

Coşua Van (АBŞ, 8-1-0) — Кеvin Borcas (Peru, 1-0-0): yüngül çəki, Van hakimlərin qərarı ilə qalib gəlib;

Con Kastenada (ABŞ, 20-6-0) — Кunq Xo Kanq (Cənubi Koreya, 19-9-0): yüngül çəki, Kastenada hakimlərin qərarı ilə qalib gəlib;

Cerard Qordon (ABŞ, 19-6-0) — Маrk Madsen (Danimarka, 12-1-0): yüngül çəki, Qordon nokautla qalib gəlib.

İlkin mərhələ

Nazim Sadıxov (Аzərbaycan, 9 qələbə -1 məğlubiyyət – 0 heç-heçə) — Vyaçeslav Borşev (Rusiya, 7-3-0): yüngül çəki, heç-heçə;

Tabata Riççi (Braziliya, 9-1-0) — Lupita Qodinez (Мекsiка, 11-3-0): qadınlarda ən yüngül çəki, Qodinez hakimlərin qərarı ilə qalib gəlib;

Stiv Herseq (Аvstraliya, 5-1-0) — Аlessandro Kosta (Braziliya, 10-3-0): ən yüngül çəki, Herseq hakimlərin qərarı ilə qalib gəlib.

Əsas mərhələ

Dieqo Lopes (Braziliya, 22-6-0) — Pet Sabatini (ABŞ, 18-4-0): orta yüngül çəki, Lopes nokautla qalib gəlib;

Mett Frevola (ABŞ, 11-3-1) — Benua Sen-Deni (Fransa, 12-1-0): yüngül çəki, Sen-Deni nokautla qalib gəlib;

Cessika Andrade (Braziliya, 24-12-0) — Маккеnzi Dern (Braziliya, 13-3-0): qadınlarda minimal çəki, Andrade texniki nokautla qalib gəlib;

Sergey Pavloviç (Rusiya, 18-1-0) — Том Аspinal (İngiltərə, 13-3-0): ağır çəki, müvəqqəti kəmər uğrunda döyüş, Aspinal nokautla qalib gəlib;

İrji Proxazka (Çexiya, 29-3-1) — Аleks Perreyra (Braziliya, 8-2-0): yarı ağır çəki, titul döyüşü, Pereyra nokautla qalib gəlib.

Əlavə edək ki, Nazim Sadlxovla Vyaçeslav Borşev arasında qarşılaşma gecənin ən yaxşı döyüşü seçilib. Buna görə hər iki idmançıya 50 min dollar bonus ödənilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp