İspaniyanın Sevilya şəhərində qadınlar arasında tennis üzrə mötəbər “Billi Cin Kinq kuboku”nun yarımfinal görüşləri geridə qalıb. Nəticələrə əsasən, finala İtaliya və Kanada komandaları yüksəlib.

Kanada Çexiyanı 2:1 hesabı ilə üstələyib. İlk görüşdə Barbara Kreyçikova Marina Stakuşiçi məğlubiyyətə uğradıb – 6:2, 6:1. Lakin ikinci oyunda Leyla Fernandes Marketa Vondrouşova üzərində qələbə qazanmaqla (2:6, 6:2, 3:6) tarazlıq yaradıb. Qalib cütlüklərin oyununda müəyyənləşib. Burada amerikalılar daha yaxşı olublar: Barbara Kreyçikova/Katerjina Sinyakova – Qabriela Dabrovski/Leyla Fernandes — 5:7, 6:7 (3:7).

Digər yarımfinal oyununda italyanlar rahat qələbə qazanıblar.

İtaliya – Sloveniya 2:0

Martina Тrevizan – Kaya Yuvan 7:6 (8:6), 6:3

Jasmine Paolini – Тамаrа Zidanşek 6:2, 4:6, 6:3

Qalib bu gün keçiriləcək final oyunundan sonra məlum olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp