Formula 1 üzrə Las-Veqas qran-prisinin təşkilatçıları biletlərin satışında problemlərlə üzləşiblər. Yarışın keçirilməsinə bir həftədən də az qalmasına baxmayaraq, tələbat aşağı səviyyədədir.
Məlumata görə, qiymətlərin ciddi şəkildə aşağı salınması da vəziyyəti yaxşılaşdırmayıb. Biletlərin zəif satılmasının bir neçə səbəbi var. Onlardan birincisi şəhər sakinlərinin qran-priyə soyuq münasibəti və onun keçirilməsinə qarşı olmasıdır. Onların fikrincə , mərhələ zamanı şəhərdə yollar bağlanacaq və sıxlıq əmələ gələcək. Digər səbəb ABŞ-də ümumən Formula 1-ə marağın azalmasıdır. Daha bir səbəb kimi isə Formula 1 tarixində belə baha qiymətlərin olmaması göstərilir.
Bundan başqa, “Red Bull”un və niderlandlı pilot Maks Ferstappenin aşkar dominantlığı yarışı mənasız edib.