“Filadelfiya Siksers” komandasının basketbolçusu Kelli Ubreni maşın vurub. O, piyada keçidi ilə yolu keçərkən vurulub. Məlumatı ESPN kanalı verib.
Komandanın oyunçuları və prezident Deril Mori xəstəxanada Ubrenin yanındadırlar. Məlumata görə, alınan çoxsaylı zədə səbəbi ilə Ubre mövsümün böyük hissəsini buraxmalı olacaq. Həkimlərin sözlərinə görə, basketbolçu karyerasını davam etdirə biləcək. Hazırda Ubrenin vəziyyəti stabildir.
Şahidin sözlərinə görə, hadisə baş verərkən Ubre öz evinin yanında gəzirmiş.
Bu mövsüm Kelli Ubre hər oyunda orta hesabla 16,3 xal yığırdı. Kelli minimal müqavilə ilə “Filadelfiya Siksers”in şərəfini qoruyur.