Almaniya Bundesliqasında 11-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son gündə 3 görüş baş tutub.
Lider “Bayer” bu dəfə “Union Berlin”i böyük hesabla məğlub edib. “Leypsiq” də “Frayburq”u məğlub yola salıb.
Hazırda 31 xala malik “Bayer” vahid liderdir. “Bayern” 29 xalla ikinci, “Ştutqart” 24 xalla üçüncü pillədə qərarlaşıb. “Leypsiq”in 23, Dortmund “Borussiya”sının 21 8 xalı var.
Almaniya Bundesliqası
11-ci tur
10 noyabr
Borussiya (Mönxenqladbax) – Volfsburq 4:0
Qollar: Çvançara, 16. Rayts, 42. Honorat, 64. Plea, 71.
11 noyabr
Auqsburq – Hoffenhaym 1:1
Qollar: Demiroviç, 53 – Veqorst, 23.
Bayern – Haydenhaym 4:2
Qollar: Keyn, 14; 44. Gerrero, 72. Şupo-Motinq, 85 – Klayndienst, 67. Beste, 70.
Darmştadt – Maynts 0:0
Ştutqart – Borussiya (Dortmund) 2:1
Qollar: Undav, 42. Girassi, 83-pen – Fullkruq, 36.
Boxum – Köln 1:1
Qollar: Daşner, 25 – Selke, 54.
12 noyabr
Bayer – Union Berlin 4:0
Qollar: Qrimaldo, 23. Kossunu, 57. Ta, 73. Tella, 83.
Verder – Ayntraxt 2:2
Qollar: Dukş, 45+2-pen. Borre, 50 – Sxiri, 65. Smoçiç, 75.
Leypsiq – Frayburq 3:1
Qollar: Simons, 6. Openda, 78. Baumqartner, 80 – Rohl, 45+6.