“Zirə”nin müdafiəçisi Məqsəd İsayev milli komandadan dəvət gözləyirmiş. O, bu barədə futbolinfo.az saytına açıqlamasında deyib.

Cinah oyunçusu AVRO-2024-ün seçmə mərhələsinin qarşıdakı matçlarına dəvət edilməməsindən danışıb: “Turnir cədvəlinə başçılıq edən komandayıq. Milliyə nə vaxt çağırsalar, canla-başla formanı geyinərəm. Açığı, bir neçə tur əvvəl yığmadan dəvət gözləyirdim. Heyfsilənmirəm, bu, futboldur. Daha yaxşı oynasam, özümü daha çox inkişaf etdirsəm, bəlkə gələcəkdə çağırılaram”.

Məqsəd milli komandaların oyunları ilə əlaqədar yaranan fasilənin ardıcıl 5 məğlubiyyətsiz oyun seriyalarına təsir etməyəcəyini düşünür: “Belə deməzdim. Milliyə gedənlərin yolları açıq olsun, uğurlar arzulayıram. Komandamız yenə bir yerdədir. Düşünürəm ki, fasilə bizim üçün daha səmərəli olacaq. Öz oyunumuzu inkişaf etdirib, növbəti matçlara hazırlaşacağıq”.

Shares: