Tennis üzrə yekun turnirin ilk günü arxada qalıb. A qrupunda keçirilən iki görüşün heç birində sensasiya qeydə alınmayıb.

Futbolinfo.az xəbər verir ki, ilk oyun ümumiyyətlə tez başa çatıb. İtaliyalı tennisçi Yannik Sinner doğma publika önündə yunanıstanlı Stefanos Tsitsipası iki setdə məğlubiyyətə uğradıb – 6:4, 6:4.

İkinci oyun isə çox maraqlı alınıb. Serbiyalı Novak Cokoviç danimarkalı Holger Rune ilə qarşılaşıb. İlk iki setin qalibi tay-breykdə müəyyənləşib. Əvvəlcə Novak qələbə qazanıb, ikinci setdə Rune hesabı bərabərəşdirib. Həlledici 3-cü setdə Cokoviç 6:3 hesabı ilə qəlib gələrək turnirə xalla başlayıb.

Əlavə edək ki, Rune Cokoviç üçün ən təhlükəli rəqiblərdən biri sayılır. Hazırda danimarkalının məşqçisi bir vaxtlar serb tennisçini çalışdıran əfsanəvi Boris Bekkerdir.

Bu qələbədən sonra Novak dünya reytinqində ili birinci yerdə tamamlamağı təmin edib. Bununla da o, 8-ci dəfə ili reytinqin lideri kimi başa vurur. Bu da tennis tarixinin yeni rekordudur.

Shares: