Sesk Fabreqas məşqçi karyerasına başlayır. İspaniyalı sabiq yarımmüdafiəçi tezliklə təyinat alacaq.
Futbolinfo.az xəbər verir ki, Sesk İtaliya B Seriyasında çıxış edən “Komo”da çalışacaq. O, bu kluba bir mövsüm futbolçu kimi xidmət etdikdən sonra ötən yay karyerasını başa vurmuşdu. Klub rəhbərliyi ilə əla münasibəti Febreqasa belə bir etimad göstərilməsi ilə nəticələnib.
“Barselona” yetirməsi olan sabiq yarımmüdafiəçi karyerası ərzində “Arsenal”, “Çelsi” və “Monako”da da çıxış edib.