Madrid “Real”ı tibbi şöbənin rəhbəri Niko Mixiçi işdən çıxarıb. Bu barədə İspaniya mətbuatı məlumat verir.
Futbolinfo.az xəbər verir ki, işdən azad edilmənin səbəbi Arda Gülərin zədələrinin residividir. 2017-ci ildən komandada olan həkimin məhz buna görə çıxarıldığı bildirilir.
Rəhbərlik bu mövsüm zədələrin çox olmasından narazıdır. Bundan başqa Kərim Benzema, Dani Sebalyos və David Alabanın da zədələrinin sağalmamasından narazılıq var idi. Bu residivlər oyunçularla tibbi personal arasında konflikt yaradırdı. Mixiçi kimin əvəzləyəcəyi ilə bağlı informasiya verilmir.
Xatırladaq ki, bu mövsümün əvvəlində Tibo Kurtua ilə Eder Militao xaçvari bağların zədəsi ilə əlaqədar uzun müddətə sıradan çıxıblar.