Maks Ferstappen dominantlığının Formula 1-ə pis təsir etmədyini düşünür. Niderlandlı pilot “Red Bull”un çox güclü olduğunu və intriqanın aşağı olmasının populyarlığa təsiri ilə bağlı fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, onun fikrincə, əslində, azarkeşlər böyük çempionların ardıcıl qələbələrini seyr etməkdən zövq alırlar.
“MBA-nı götürün. “Çikaqo Buls”un dominantlığını hər kəs xatırlayır. O zaman da, ondan sonra da azarkeşlərin marağı artırdı. Əgər sən bir idman növünün fanatısansa, o zaman qiymətləndirməyi bacarmalısan.
O ki qaldı Formula 1-ə marağın artırılması qərarlarının qəbul edilməsinə, şəxsən mən həmişə idman tərəfinin şoudan vacib olduğunu hesab etmişəm. Düşünürəm ki, şou yaratmaq naminə əsl idmanı, mübarizəni qurban verməməliyik. Məhz bu amil mənim bu idman növündə qalıb-qalmamaq qərarımda həlledici olacaq”, – deyə üçqat dünya çempionu bildirib.