Səudiyyə Ərəbistanında həndbol üzrə qeyri-rəsmi klublararası dünya çempionatına yekun vurulub. Ardıcıl 3-cü dəfə Almaniyanın “Maqdeburq” komandası dünyanın ən güclüsü olub. Bununla da onlar, “Barselona”nın nailiyyətini təkrar ediblər.
Turnirin tarixində ilk dəfə olaraq titul uğrunda görüşdə eyni ölkənin iki komandası qarşılaşıb. Bundan əvvəl hər iki komanda iki dəfə kubokun sahibi olmuşdu.
“Berlin” (Almaniya) – “Maqdeburq” (Almaniya) 32:34 OT
Xatırladaq ki, turnirdə bütün qitələrdən olan 12 komanda iki qrupa bölünməklə iştirak edirdi. Bundan əvvəlki illərdə Braziliya və Misir komandaları yarımfinala çıxmışdırlarsa, bu dəfə 4 komandanın hamısı Avdropanı təmsil edib.