8-9 noyabr tarixlərində Kiprin Limassol şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda illik konfrans keçirilib.
Futbolinfo.az xəbər verir ki, konfransda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov və maliyyə meyarları üzrə ekspert Aynur Abdullayeva iştirak ediblər.
Konfransda aşağıdakı mövzular müzakirə olunub:
- Ötən lisenziyalaşdırma mövsümünün icmalı;
- Kiprdə futbolun inkişafı;
- Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;
- UEFA-nın klub yarışlarında növbəti mövsümdən etibarən baş verəcək dəyişikliklər;
- Klubların Lisenziyalaşdırılmasında hüquqi məsələlər;
- Qadın futbolu və klubların lisenziyalaşdırılması və s.
Konfrans zamanı “Qadın futbolunda standartlarının yüksəldilməsi” mövzusunda aparılmış müzakirələrdə Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov iştirak edib.