Milli komandaların bu il son oyunları üçün ölkə çempionatları növbəti dəfə fasiləyə yollanır. “Böyük beşlik” ölkələrində əsas sensasiya İspaniyada “Jirona” komandasının liderliyidir. Kiçik katalon klubu fasiləyə nəhəng “Real”, “Barselona” və “Atletiko” komandalarını qabaqlamaqla yollanır.
Məlum olduğu kimi, VAR texnologiyasının tətbiqindən sonra oyunların nəticələri ciddi şəkildə təsirə məruz qalır. İspaniyada VAR olmadan turnir cədvəlinin necə ola biləcəyini hesablayıblar.
Bu həftə keçirilən oyunlarda da VAR-ın nəticəyə təsiri oldu. “Atletik” – “Selta” oyununda iki dəfə video assistentlərin müdaxiləsi müşahidə edildi. Birinci dəfə ofsayda görə Larsenin qolu sayılmadı. İkincisində isə Quruzetanın əllə oyununa görə meydan sahiblərinin qapısına penalti təyin edildi.
Bu mövsüm keçirilən oyunlarda VAR-a görə nəticələri dəyişən oyunlar bunlardır:
“Las-Palmas” – “Malyorka” 1:1 (VAR-sız 0:1)
Kameraya baxıldıqdan sonra penalti təyin edilib.
“Valensiya” – “Las-Palmas” 1:0 (0:0)
Xavi Munyosun cərimə meydançasında əllə oyunu monitora baxıldıqdan sonra görülür və penalti təyin edilir.
“Selta” – “Real” 0:1 (1:1)
Monitora baxdıqdan sonra hakim Larsenin qolunu ləğv edir.
“Sevilya” – “Jirona” 1:2 (2:2)
Rakitiçin qolu ofsayda görə hesaba alınmır.
“Sevilya” – “Real” 1:1 (1:2)
Valverdenin qolu Bellingemin ofsaydda olmasına görə sayılmır.
“Real Sosyedad” – “Barselona” 0:1 (0:0)
VAR-ın xəbərdarlığından sonra Arauxonun ofsaydda olmadığı üzə çıxır və qol hesaba alınır.
“Sevilya” – “Betis” 1:1 (1:2)
VAR Belyerinin qolunu ofsayda görə ləğv edir.
“Valensiya” – “Osasuna” 1:2 (1:1)
“Xetafe” – “Alaves” 1:0 (0:0)
“Selta” – “Malyorka” 0:1 (1:1)
“Real Sosyedad” – “Xetafe” 4:3 (3:3)
“Las-Palmas” – “Selta” 2:1 (2:2)
“Vilyarreal” – “Las-Palmas” 1:2 (1:1)
“Selta” – “Xetafe” 2:2 (1:2)
“Vilyarreal” – “Alaves” 1:1 (0:1)