AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyununu idarə edəcək hakimlər açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, bu oyunu qadın hakim idarə edəcək.
UEFA Bakıda reallaşacaq görüşü isveçrəli Ester Staubliyə həvalə edib.
Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.
Baş hakim: Esther Staubli
Baş hakinin köməkçiləri: Jonas Erni, Susanne Küng
Dördüncü hakim: Mirel Turkes
VAR: Lukas Fahndrich
AVAR: Lionel Tschudi
(Hakimlər briqadası İsveçrədəndir)