FİFA referisi Rauf Cabarov təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 16-da keçiriləcək Şimali Makedoniya – Gürcüstan qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Müslüm Əliyev kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.

Shares: