Aleksandr Kerjakov Serbiya “Spartak”ının baş məşqçi postundan qovulub. Rusiyalı mütəxəssis uğursuz nəticələrə görə işsiz qalıb.

Futbolinfo.az xəbər verir ki, sabiq hücumçu klubla müqaviləsin qarşılıqlı razılıqla pozub. 15 matçda cəəmi 5 qələbə, əvəzində 9 məğlubiyyət onun vidasına səbəb olub.

40 yaşlı mütəxəssis Rusiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarına, “Nijni Novqorod”a rəhbərlik edib. Bu ildən ölkə xaricinə çıxan məşqçi Kiprdə “Karmiotissa”da da çalışmışdı. Beləcə il bitməmiş o, artıq iki dəfə istefaya göndərilib.

Xatırladaq ki, ötən qış onun “Səbail”ə gəlmək variantı var idi. Paytaxt klubu son anda fikrini dəyişib Şahin Diniyevə üstünlük verdi.

Shares: