“Vilyarreal”ın yeni baş məşqçisi məlum olub. La Liqa təmsilçisini Marselinyo Toral çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniyalı mütəxəssislə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq Marsel “Opimpik”ini çalışdıran Marselinyo 2013-2016-cı illərdə də “Vilyarreal”ın baş məşqçisi olub.