Dünyanın 2 nömrəli tennisçisi Karlos Alkaras növbəti məğlubiyyəti ilə üzləşib. İspan tennisçi yekun turnirinə məğlubiyyətlə başlayıb.
İlk turun oyununda Alkaras Zverevlə qarşılaşıb. Almaniyalı tennisçi ilk setdə tay-breykdə məğlub olsa da, sonrakı iki seti qələbəylə tamamlamağı bacarıb. Xatırladaq ki, bu, Alkarasın ardıcıl 3-cü uğursuzluğudur.
“Qırmızı” qrupun digər oyununda iki rusiyalı tennisçi üz-üzə gəlib. Daha yüksək reytinqə malik Daniil Medvedev Andrey Rublyovu darmadağın edib. Rublyov oyun ərzində cəmi 6 geym qazana bilib. Bləliklə də, ilk turdan sonra qrupda Zverev və Medvedev liderdirlər.
Bu gün “Göy” qrupda ikinci turun oyunları keçiriləcək. Stefanos Tsitsipas Holger Rune ilə, Yannik Sinner isə Novak Cokoviçlə qarşılaşacaq.