Ötən mövsümün MVP-si Coel Embiid və “Minnesota Timbervuls”un lideri Entoni Edvards öz konfranslarında üçüncü həftənin ən yaxşı oyunçuları seçiliblər.

“Filadelfiya Siksers” keçən həftə keçirdiyi 4 matçın hamısında qalib gəlib. Embiid orta hesabla 36,3 xal, 12,5 ribaund, 5 asist və 2 blokla oynayıb. Onun atışlarının dəqiqlik göstəriciləri perimetr daxilindən 51,1%, üçxallıq zonadan isə 21,4% təşkil edib.

Minnesota komandası da 4 görüşün hamısında qələbə qazanıb. Edvards orta hesabla 31,3 xal, 6,8 asist, 6,3 ribaund və 2 topalmayla oynayıb. Onun atışlarının dəqiqlik göstəriciləri 47,4%, perimetrin kənarından isə 21,2% olub. “Timbervuls”un ulduzu karyerasında ilk dəfə həftənin oyunçusu seçilib.

Shares: