Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Lozannada keçirilən idman federasiyalarının forumunda çıxış edərkən, bəzi ölkələrin yeni idman yarışları təşkil etməsinə qarşı çıxdığını nümayiş etdirib. Böyük ehtimalla o, Rusiyanın planlaşdırdığı “Dostluq oyunarı”na eyham vurub.

“İdmanın muxtariyyəti təhlükə altındadır. Bu muxtariyyət həm də siz – idman federasiyalarının muxtariyyətidir. Belə siyasi qüvvələrin hərəkətləri dünya idmanında ayrıseçkilik yaradır. Bəziləri  kimin iştirak edəcəyini seçir, bəziləri də kimlərəsə qadağa qoyur. Bütün bunlar idmanın ruhuna ziddir. Bəziləri isə özləri üçün oyunlar təşkil edir. Əgər onlar buna müvəffəq olarlarsa, sizin rolunuz heçə enəcək.

Bu səbəbdən də hər birinizi buna qarşı çıxmağa dəvət edirəm. Səsinizi ucaltmağın vaxtı çatıb. Heç birimiz nə olursa-olsun belə yarışlarda iştirak etməməliyik”, – deyə Tomas Bax qeyd edib.

Shares: