AVRO-2024-ün seçmə mərhələsində son oyununu Azərbaycan millisinə qarşı keçirəcək Belçika yığmasında itki baş verib.
Futbolinfo.az xəbər verir ki, müdafiəçi Zinyo Vanheusden sıradan çıxıb.
24 yaşlı oyunçu klubu “Standard”ın son oyunu zamanı xəsarət alıb. Bu səbəbdən futbolçu ilin son toplanışına qatıla bilməyib. Məşqçilər korpusu Vanheusdenin adını iştirak ərizəsindən çıxarıb.
Qeyd edək ki, Belçika yığması noyabrın 15-də yoldaşlıq görüşü çərçivəsində Serbiya, 19-da isə seçmə mərhələnin son qarşılaşmasında Azərbaycanla qarşılaşacaq.