Almaniyanın ARD telekanalı Mixael Şumaxer haqqında serialı ekranlara gətirəcək. Serialın premyerası bu il dekabrın 28-də olacaq.

5 seriyalı film Şumaxerin başına gələn faciənin 10 illiyinə həsr edilib. Xatırladaq ki, yeddiqat dünya çempionu 2013-cü ildə Alp dağlarındakı kurortda yıxılaraq komaya düşüb.

Şumaxerin hazırda 54 yaşı var. O, 1991-ci ildə Formula 1-də debüt edib. 25 yaşı olarkən alman pilot çempion olub. Karyerası ərzində Şumaxer 91 qran-prinin qalibi olmaqla Formula 1 tarixinin ikinci göstəricisinin sahibidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp