Formula 1-in sahibi olan “Liberti Media” şirkətinin başçısı Qreq Maffey Las-Veqas qran-prisinin şəhər sakinlərinə narahatlıq yaratdığını boynuna alıb.
“Bütün şəhər əhalisindən üzr istəyirəm. Mən onların bizə dözməklərinə çox böyük dəyər verirəm.
Biz regiona 1,31 milyard dollar qazandıracağıq. Bu isə o deməkdir ki, yarışdan təkcə tamaşaçılar deyil, həm də şəhər əhalisi qazanacaq. Bu il ən çətini olmalıdır. Çünki hazırlıq və tikinti işləri davam edir. Lakin sonrakı illərdə işlər qaydasına düşəcək.
105 000 tamaşaçının olması gözlənilir. Bu rəqəm Las-Veqas üçün belə çox böyükdür. Bu vaxta qədər Las-Veqasda belə böyüklükdə tədbir olmayıb. 3-cü gündən başlayaraq bazar gününə qədər bir sıra proqramlar var.
Biletlərin bahalığı isə bizdən asılı deyil. Tərəfdaşlarımızı anlayıram. Xərclər çox olduğuna görə biletlərin də qiyməti qalxıb”, – deyə Maffey qeyd edib.