İki çəki dərəcəsində keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqorun məşqçisi Con Kavana döyüşçünün yenidən qayıdacağı vaxt barədə danışıb.
“Biz aprelə ümid edirdik, plan belə idi, amma deyəsən qayıdış yayda olacaq. Bəlkə də UFC onu Beynəlxalq Döyüş Həftəsi üçün saxlayır. Bunu söyləyə bilmərəm. İyul ayında olacağını deyirlər. Dünyanın sonu deyil, sadəcə bir neçə ay artıq gözləməliyik. Əlbəttə ki, gözləmək yaxşı iş deyil. Amma Konor hazırda məşqdən zövq alır”, – deyə Kavana “MMA Hour” podkastında çıxış edərkən bildirib.
Xatırladaq ki, Makqreqorun son döyüşü 2021-ci ilin iyul ayında olub. UFC 264-də o, ilk raundda ayağını sındırdığına görə amerikalı Dastin Puaryeyə məğlub olub.