“Jirona” komandasının idman direktoru Kike Karsyel əsas vəzifənin dəyişmədiyini bir daha təsdiq edib. Hazırda La Liqada lider olan komandanın əsas məqsədi elitada yerini qorumaqdır.
“Mövsümdən əvvəl və indiki vəzifəmiz eyni olaraq qalır. Əsas vəzifə La Liqada yerin qorunmasıdır. Biz doğru yolumuzdan kənara çıxmamalıyıq. Çoxları mənim bu sözlərimi təbəssümlə qarşılaya bilər. Amma biz liderlikdən ağlımızı itirmək fikrində deyilik. Potensialımızın nə olduğuu çox gözəl anlayırıq.
La Liqada yerimizi qorumaq üçün 42 xal toplamaq lazımdır. Bu, bizim ilk hədəfimizdir. Bunu bacardıqdan sonra qarşıya avrokuboklara düşmək hədəfi qoyulacaq. Buna nail olsaq , çox sevinərik”, – deyə Kike Karsyel bildirib.
Xatırladaq ki, 13 turdan sonra “Jirona” 34 xalla turnir cədvəlinin lideridir.