Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında 3-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu dəfə İsveçi üstələyib.
Milli 3,5-0,5 hesabı ilə qələbə qazanıb. Azərbaycan millisində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vasif Durarbəyli partiyaları qələbə ilə başa vurub. Teymur Rəcəbov heç-heçə oynayıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi itkisiz irəliləyir. 3-cü turda xanım şahmatçılar Polşanı məğlub ediblər – 3:1. Şahmatçılardan Günay Məmmədzadə və Gülnar Məmmədova heç-heçəyə razılaşıb, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva qələbə qazanıb.
Bu gün Avropa çempionatında 4-cü turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Xorvatiya, qadın şahmatçılar isə Fransa ilə qarşılaşacaq.