“Mançester Yunayted” danimarkalı futbolçularını itirib. Onlar zədə üzündən sıradan çıxıblar.
Futbolinfo.az xəbər verir ki, Kristian Eriksen növbəti dəfə komandanı köməksiz qoyub. Uzunmüddətli zədəsini bir müddət əvvəl sağaldan yarımmüdafiəçi indi də bir ay komandasına kömək edə bilməyəcək. Dizindən zədə alan yarımmüdafiəçiyə həkimlər məşq etməyə qadağa qoyub.
Rasmus Hoylund isə noyabrln sonunadək oynamayacaq. 20 yaşlı hücumçu əzələ gərginliyindən əziyyət çəkir. Həkimlər onun istirahətini vacib sayır.
Hər iki futbolçu bu səbəbdən milli komandanın düşərgəsinə getməyib.