FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, AÇ-2024 seçmə mərhələsi çərçivəsində noyabrın 17-də, Finlandiyanın paytaxtı Helsinkidə, Helsinki Olimpiya Stadionunda keçiriləcək Finlandiya – Şimali İrlandiya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.

Shares: