Belçika millisində daha bir futbolçunun durumuna aydınlıq gəlib.

Futbolinfo.az saytı xəbər verir ki, müdafiəçi Yan Vertongen AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək son matçda iştirak edə biləcək.

Bunu “qırmızı şeytanlar”ın baş məşqçisi Domeniko Tedesko açıqlayıb. İtaliyalı çalışdırıcı topuğunda yüngül zədəsi olan “Anderlext”in 36 yaşlı mərkəz müdafiəçisinin Serbiya ilə yoldaşlıq görüşünü buraxacağını, lakin Azərbaycanla qarşılaşmada sərəncamında olacağını söyləyib.

Qeyd edək ki, Belçika yığması noyabrın 15-də Serbiyanı, 19-da isə Azərbaycanı qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp