“Bizim üçün prioritet Azərbaycanla oyundur”.

Futbolinfo.az xəbər verir ki, bunu Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək son oyun barədə danışarkən deyib.

Əvvəlcə Serbiya ilə yoldaşlıq görüşü keçirəcəklərini xatırladan italiyalı mütəxəssis həmin matçda müxtəlif rotasiyalara əl atacağını gizlətməyib: “Əlbəttə ki, nələrisə sınayacağıq. Amma çılğın gedişlər etməyəcəyik. Azərbaycanla görüşdə ehtiyac duyacağımız məqamları Serbiya ilə matçda sınayacağıq”.

Belçika yığması noyabrın 15-də Serbiyanı, 19-da isə Azərbaycanı qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp