Azərbaycanın yeniyetmə cüdoçulardan ibarət milli komandasının üzvləri 13-14 noyabrda Macarıstanın Dyör şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Futbolinfo.az xəbər verir ki, hazırlıq prosesində Azərbaycanın yeniyetmə oğlanlardan ibarət yığmasının 32 üzvü iştirak edib.

Cüdoçulara yeniyetmələrdən ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə rəhbərlik edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp