İtaliyada tennis üzrə keçirilən yekun turnirdə 2-ci turun oyunları keçirilib. “Göy” qrupun ilk matçı cəmi 3 geym davam edib. Yunanıstanlı Stefanos Tsitsipas naməlum səbəblərə görə oyunu yarımçıq dayandırıb. Bununla da qələbə onun rəqibi danimarkalı Holger Runeyə verilib.

Yekun turnirin qaydalarına görə, Tsitsipası növbəti turda ehtiyatda gözləyən Hubert Hurkaç əvəz edəcək. Polyak tennisçi serb Novak Cokoviçlə qarşılaşacaq.

Dünyanın 1 nömrəli tennisçisi isə bu turda məğlub olub. Onun Yannik Sinnerlə qarşılaşması 3 saat 9 dəqiqə davam edib. Bu müddət ərzində serb 20 dəfə eys edib. İtalyan tennisçinin ifasındsa isə 16 eys var. İlk setin sonlarında etdiyi breyklə Sinner önə çıxıb. Sonrakı setdə Cokoviç tay-breykdə qələbə qazanıb. Həlledici set də 13-cü geymə qədər gedib çıxıb. Bu dəfə Sinner daha dəqiq olaraq görüşü qələbəylə yekunlaşdırıb.

Bu qrupda Sinner hər iki oyunda qalib gəlməklə liderdir. Cokoviç və Runenin hərəyə bir qələbəsi var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp