Dünən basketbol üzrə Avroliqa turnirinin 8-ci turunda 5 oyun keçirilib. Yarışlarda mübarizə aparan türk komandaları fərqli nəticələr göstərib.

Səfərdə turnir cədvəlinin üst pillələrində qərarlaşan “Monako”yla qarşılaşan “Anadolu Efes” qələbə qazanıb. Çempionata uğursuz başlayan İstanbul təmsilçisi son turlarda qazandığı qələbələrlə vəziyyətini yaxşılaşdırır. 8 turdan sonra onların aktivində 4 qələbə var.

Digər İstanbul komandası isə səfərdən darmadağınla qayıdır. “Fənərbağça” Serbiyada “Srvena Zvezda”ya 56:87 hesabı ilə məğlub olub.

Ardıcıl qələbələr qazanan Madrid “Real”ı bu dəfə “Valensiya”nı üstələyib. “Olimpiakos” isə Belqradda keçirilən oyunda İsrailin “Makkabi” komandası üzərində qələbə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp