AÇ-2024-ün seçmə mərhələsinin növbəti oyununda Azərbaycan yığmasının qonağı olacaq İsveç millisi ötən gecə Bakıya gəlib.

Futbolinfo.az İsveçin “svt.se” nəşrinə istinadən xəbər verir ki, komandanın heyətində 3 itki var.

Hücumçu Antoni Elanqa, müdafiəçilər Emil Holm və Lüdviq Auqustinsson zədə səbəbindən Azərbaycana gətirilməyib.

Yığmanın baş məşqçisi Yanne Andersson onların əvəzinə iki futbolçunu heyətə cəlb edib. Bunlar Niklas Hult və İsak Hindir.

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək Azərbaycan – İsveç matçı saat 21:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp