Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Lozannada keçirilən forumda çıxışı zamanı gələn yay təşkil ediləcək Olimpiadanın barışıq və birlik rəmzi olacağına ümid etdiyini bildirib.

“Hazırkı geosiyasi vəziyyət çox qəlizdir. Belə vaxtlarda idmanın birlik yaratmaq xüsusiyyəti vacibdir. Dünyadakı milyonlarla insan bu qüvvənin sülh yolunda əsas addım olmasını istəyir.

Bizim rolumuz bəllidir: fikir ayrılığını artırmaq yox, birlik yaratmaq. Bu səbədən üzərimizə böyük məsuliyyət düşür. Əsas missiyamızı yerinə yetirməliyik. Dünyada sülhün bərqərar olmasına yardım göstərməliyik.

Parisdə keçiriləcək Olimpiya oyunları birlik və sülhün rəmzi ola bilər”, – deyə Bax qeyd edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp