“Kəpəz”in futbolçularına mətbuata danışmaq qadağan edilib. Bu barədə futbolinfo.az-a klubdan məlumat verilib.

Bildirilib ki, bir neçə gün oyunçuların media nümayəndələri ilə ünsiyyəti məhdud olacaq.

Qeyd edək ki, “Kəpəz” uğursuz nəticələrdən sonra baş məşqçi Azər Məmmədovla yollarını ayırıb. Yeni məşqçi isə Adil Şükürov təyin edilib. Amma futbolçuların mətbuatla ünsiyyətinə qadağa daha öncə qoyulub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp