Bu həftə keçiriləcək Las-Veqas qran-prisi üçün komandalar müxtəlif livreyalar hazırlayır. Bir çox komanda mərhələ üçün xüsusi görkəm alıb. “Vilyams” komandası yarışda iştirak edəcək bolidini təqdim edib. Bolid kazinoların bol olduğu Las-Veqasa uyğun rənglənib.

Qeyd edək ki, komandanın pilotlarından biri amerikalıdır. Loqan Sarcint üçün bu, son ev yarışı olacaq. Komanda bu dizaynla ABŞ ilə əlaqəli olduğunu göstərməyə çalışıb. Bundan başqa, dizaynerlər səhrada uzun illərin əziyyəti ilə yaradılmış şəhərə ehtiram da nümayiş etdiriblər.

Xatırladaq ki, sonuncu dəfə Nevadada 1984-cü ildə Formula 1 keçirilmişdi. 39 ildən sonra baş tutacaq yarışın promouteri Formula 1-in özüdür. Belə bir tendensiya Formula 1-də yeni bir şeydir.

677b8f54 e694 4444 b67a c254fec4ca71 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp