İkiqat Formula 1 çempionu Fernando Alonso məşhur GQ nəşrinin versiyasına görə İspaniyada ilin kişisi seçilib.

Alonsonun hazırda 42 yaşı var. Hər iki titulunu o, “Reno” komandası ilə qazanıb. 2010-2014-cü illər aralığında Alonso “Ferrari” komandasının heyətində 3 dəfə də vitse-çempion olub.

Keçən il “Alpin” komandasında olan Alonso çempionatı 81 xalla yekunlaşdırmışdı. Bu il isə o, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp