Xankəndi Azərbaycan futbol ailəsinə qayıdır. Tarixdə ilk dəfə milli çempionatımızın matçı bu şəhərdə keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, əvvələr Xankəndi şəhər stadionunda Azərbaycan çempionatının oyunları olub. Amma uzun illər işğal altında olan doğma məkanımız müstəqil milli çempionatımıza həsrət qalıb. Məhz indi tarixi günü yaşamaq imkanı var.

Burada stadiona baxış keçirilib, təmir-bərpa işlərinə start verilib. Qarşıdakı bir ay ərzində işlər yekunlaşacaq və idman qurğusu oyunları qəbul etmək üçün hazır vəziyyətə gətiriləcək. Hələlik bir matçın baş tutması planlaşdırlır, qarşıdakı aylarda arena tam hazır olandan sonra isə hətta müxtəlif milli komandalarımızın qarşılaşmaları da bura salınacaq.

Hələlik rəsmi təsdiq yoxdur, ilk oyun üçün müxtəlif planlar müzakirə olunur. Amma hazırda ən real versiya haqda xəbərlər yayılıb. Belə ki, Xankəndi dekabrın 22-də Misli Premyer Liqasının 18-ci turunun qarşılaşmasına ev sahibliyi etməlidir. Həmin gün keçiriləcək “Zirə” – “Qarabağ” matçı məhz Xankəndi stadionunda baş tutmalıdır. Çempionatının liderlərinin oyununun təşkili üçün işlərə başlanılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp