Çexiya milli komandasının keçmiş qapıçısı Roman Çexmanek öz evində ölü tapılıb. Zlin şəhərində yaşayan hokkeyçinin mart ayında 52 yaşı tamam olmuşdu.

Kədərli xəbəri yayan ilk insan Çexmanekin böyük oğlu olub. Ölüm səbəbi haqqında hələlik heç bir məlumat yoxdur. Lakin suiqəsd və qətl versiyaları dərhal rədd edilib.

Xatırladaq ki, iki əsrin qovuşduğu ərəfədə Çexiya millisi ən güclü yığmalardan idi. Həmin müddətdə çexlər Olimpiadada (1998) və 3 dəfə də dünya çempionatlarında (1999, 2000, 2001) qızıl medal qazanmışdılar. Dominik Qaşekin kölgəsində qalmasına baxmayaraq, 2000-ci ildə Çexmanek əsas qapıçı idi və MHL skautlarının da diqqətini cəlb etmişdi. Həmin çempionatda o, qızıl medaldan əlavə turnirin ən yaxşı qapıçısı da seçilmişdi. “Filadelfiya”ya yollanan Çexmanek, ona qədər “Vsetin”in heyətində çıxış edərkən 5 dəfə Çexiya liqasının ən yaxşı qapıçısı da olmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp