Almaniyanın “Union” klubu baş məşqçisi Urs Fişerlə yollarını ayırıb.

Futbolinfo.az Berlin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis klub prezidenti Dirk Sinqlerlə söhbətdən sonra bu qərarı qəbul edib.

Fişer 2018-ci ilin iyulunda baş məşqçi postuna gətirilib və ilk mövsümdə komandanı Bundesliqaya yüksəltməyi bacarıb. Klub onun rəhbərliyi altında tarixində ilk dəfə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası turnirlərində iştirak edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp